13.02.2019Sağlamlıq məqalələri

Dr. Teyyar Gökdenizin rəhbərliyi və peşəkar tibbi heyəti ilə 7/24 saat xidmətinizdədir

Arxiv: bu məlumat paylaşım tarixinə aiddir.

Ürək döyüntüsünün sürətlənməsi, nizamının pozulması və ya bəzən ləngiməsi hallarında hiss edilən döyüntü (ritm pozğunluğu) şikayətinə artıq təkcə yaşlılarda deyil, uşaqlarda və hətta körpələrdə belə rast gəlinir. Ürək döyüntüsünün yandırılaraq və ya dondurularaq müalicə edilmə üsulu olan “ablasiya,” hər yaşdakı xəstəyə rahatlıqla tətbiq edilə bilər. Adətən ürək ritmi ilə bağlı bir xəstəliyin ilk siqnalını verən döyüntü, bəzən də ritm problemləri başqa struktur ürək xəstəliklərinə dəlalət edə bilir.Xüsusən genetik ürək xəstəliyi olan xəstələrdə meydana çıxan ritm problemləri xəstənin həyatına son qoya bilər.Ürək döyüntüsü, insanda şüur itkisinə səbəb olur. Bəzən də həyəcanla birlikdə təzyiqdə düşmə, ciddi tənəffüs çətinliyi meydana gəlirsə, altda yatan başqa bir ürək xəstəliyi ola bilər və bu vəziyyətin mütləq araşdırılması lazımdır. Ürək ritminin yüksək sürətdə davam etməsi, ürəyin yığılıb açılma funksiyasında ciddi problemlərə və hətta ürək çatışmazlığına da səbəb ola bilər. Həmçinin ürəyin qulaqcıq hissələrindən irəli gələn, “atrial fibrilasiya” deyilən ritm problemi, şəkər xəstəliyi, hipertoniya kimi başqa risk amillərinin də təsiri ilə ürək içində laxta yaradaraq iflic keçirmə ilə yanaşı bir çox problemə yol aça bilər. Müalicə üçün əvvəlcə qasıq toplardamarlar və ya döyüntüyə səbəb olan problem əgər ürəyin sol tərəfindədirsə, o zaman arteriya yolu ilə ürəyə müxtəlif kateterlər vasitəsilə girilib döyüntüyə təkan verilməsi təmin olunur. Bu zaman əldə edilən ölçülər və manevrlərlə döyüntünün olduğu ərazi müəyyən edilir. Xüsusilə döyüntüsü tez tez olan və həyati risk yaradan, dərman istifadə etmək istəməyən və ya dərman istifadəsinə görə yan təsir meydana gələn xəstələrdə, ablasiya ən doğru müalicə üsuludur.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə