Diz Oynağının Artroskopiyası Əməliyyatı Azn
Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.
Diz Oynağının Artroskopiyası Əməliyyatı Azn. Ortoped-travmatoloq Dr. Cahandar İsmayılov Tərəfindən İcra Edilir.
Artroskopik cərrahiyyə nədir?
Artroskopiya kiçik (bir santimetr) kəsiklə oynaq problemlərinin müayinə və müalicəsində istifadə edilən bir metoddur. Bu metod sayəsində açıq əməliyyat nəticəsində ola biləcək fəsadlaşmalar minimuma endirilmişdir. Artroskopik cərrahiyyədə oynaq içinə dəlikdən yerləşdirilən kamera vasitəsilə görüntü monitora göndərilir.
Menisklər diz oynağında bud və qamış sümükləri arasında amortizator və stabilləşdirici rolu oynayan yarımay şəklində qığırdaq parçası olub iç və bayır olaraq ayrılırlar. Daha çox idman travmaları sonrası müşahidə edilsələr də məişət travmaları nəticəsində də ola bilərlər. Bəzən yaşlı xəstələrdə artroz nəticəsində degenerativ tip yırtıqlar müşahidə edilə bilər. Klinik olaraq menisk yırtığı özünü ağrı, hərəkət həcminin azalması və oynaqda kilitlənmə (blok-hərəkətsizlik) olaraq göstərir.
Diz oynağının zədələnmələri zamanı ən çox icra edilən əməliyyatlardan birisi menisk zədələnmələrinin artroskopik müalicəsidir. Artroskopik menisk müalicəsi açıq cərrahi müdaxilədən fərqli olaraq daha az invazivdir (az zərər verəcək) və daha az fəsadlaşmalar ilə müşahidə edilir.
Artroskopiyanın üstünlükləri və ya faydaları bunlardır:
- Daha az ağırlaşma riski
- Daha sürətli sağalma müddəti
- Daha ağrısız proses
- Estetik yara izi
- Xəstə adətən ertəsi gün evinə yazılır
- Yüngül ağrılar sadə ağrı kəsicilərlə nəzarətdə saxlanılır
Əməliyyatdan sonra xəstəyə xüsusi hərəkətlər izah edilir. Bu sağalma prosesini daha da sürətləndirir.
Müasir ortopediyada zədələnmiş menisklərin müalicəsində Artroskopiya qızıl standart sayılır.
Travmatologiya Bölməsinin Həkimləri
- Ortoped-travmatoloq Dr. Məzahir Məmmədov
- Ortoped-travmatoloq Uzm. Dr. Ceyhun Quliyev
- Ortoped-travmatoloq Dr. Cahandar İsmayılov