Adenoidektomiya Əməliyyatı 380 AZN
Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.
Əməliyyat Otorinolarinqoloq Dr. Mayıl Əliyev Tərəfindən İcra Edilir.
Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir. Onlar boğazın arxa divarında, təxminən dilçəkdən (ağız boşluğunun ortasından sallanan damcı şəkilli ət parçasıdır) yuxarıda yerləşir. Badamcıqlar isə yumşaq damağın ətrafında, qırtlağın girişindədirlər. Hər badamcığın aşağı hissəsi dilin yan tərəfində, boğazın daxilinə doğru yerləşir.
Adenoidektomiya əməliyyatına göstərişlər
- Burunla nəfəsalmada çətinlik
- Ağızdan nəfəsalma
- Bəzi hallarda nəfəsin bir neçə saniyəlik dayanması
- Burundan qatı mayenin axması
- Qulaq ağrıları, • Eşitmə zəifliyi, • Uzunmüddətli öskürək • Nəfəs alarkən xırıltı
- İştahsızlıq, • Tez yorulma
- Taqətsizlik Adenoidektomiya (burun əti) əməliyyatında müasir metodlar
Hal-hazırda adenoidlərin ən müasir yolla çıxarılması üçün endoskopik üsuldan istifadə edilir. Bu metodun əsas üstünlüyü ağırlaşma ehtimalının minimuma endirilməsindən ibarətdir. Endokopik adenotomiyadan sonra adenoidlərin təkrar əmələ gəlmə ehtimalı adi yolla aparılan adenotomiyadan dəfələrlə azdır.
Əməliyyat ümumi narkozla icra edilir və əməliyyat müddəti 10-15 dəqiqədir. Müasir tibbi cihazların istifadəsi əməliyyat vaxtını və qanaxma riskini azaldır. 3-4 saat klinika şəraitində nəzarətdən sonra xəstə evə buraxılır.
Burun əti əməliyyat olunmadıqda yarana biləcək fəsadlar:
Ürək və qan damar sistemi xəstəlikləri, diş formasının pozulması, çənə sümüyünün inkişafdan qalması, eşitmə azlığı və s. kimi sonradan qarşısı alınmayan ağırlaşmalara səbəb ola bilir. Bu patologiyaların yaranmaması üçün vaxtında mütəxəssisə müraciət etmək lazımdır. Düzgün aparılan müayinə və müalicə nəticəsində burun ətinin ağırlaşma verməsinin qarşısı alınır.
