Diyetologiya Bölməsi Diyetologiya bölməsində artıq çəki və piylənməyə səbəb…
Diyetologiya Bölməsi
Diyetologiya bölməsində artıq çəki və piylənməyə səbəb olan maddələr mübadiləsi pozğunluğu xəstəliklərinin və onların fəsadlarının, müasir standartlar və protokollar əsasında diaqnostikası və müalicəsi aparılır.
Bölməmizə müraciət edən hər bir xəstəyə kompleks yanaşma tətbiq olunaraq artıq çəkinin səbəbləri endokrinoloji, kardioloji, qastroenteroloji, psixonevroloji və digər aspektlərdən araşdırılır və ən effektiv müalicə strategiyası seçilir.
Həkim-mütəxəssis tərəfindən xəstənin bədən çəkisinin peşəkar seqmentar analizi aparılır və orqanizmdəki piy, su, skelet, əzələ faizi müəyyən olunur. Xüsusi sorğu-anket blankı vasitəsi ilə xəstənin fərdi məlumatları, xəstəlik tarixi, qidalanma tərzi, fiziki aktivlik dərəcəsi, ətraf sosial mühiti, motivatorları və digər artıq çəki probleminə səbəb olan faktorlar detallı şəkildə araşdırılır.
Xəstələrə öncədən və müalicə proqramı zamanı xüsusi "qida gündəliyi" tərtib olunur ki, bunun vasitəsilə onlar həkim-mütəxəssisin nəzarəti altında ziyanlı qida vərdişlərinin yeni və sağlam vərdişlərlə əvəz olunmasına nail olurlar. Ayrıca olaraq həkim-mütəxəssis tərəfindən fərdi kouçinq metodikasından istifadə etməklə xəstələrin vərdişlərinin dəyişdirilməsi, yeni vərdişlərin əmələ gəlməsi və davranış terapiyası aparılır ki, bu da gələcəkdə əldə olunmuş uğurlu nəticələrin davamlı olaraq saxlanılmasına və artıq çəkinin geri qayıtmamasına zəmin yaradır.
Müalicə edilən xəstəliklər
- Metabolik sindrom
- Artıq çəki
Piylənmə və s.
İcra edilən prosedurlar
- Xəstələrin bədən çəkisinin peşəkar seqmentar analizi
- Fərdi sağlam qidalanma planının tərtib olunması və dəyişdirilməsi
- Fərdi arıqlama və çəki artırma planının təyini
Maddələr mübadiləsinin pozğunluğu ilə müşahidə olunan müxtəlif xəstəliklərə düzgün qidalanma planının təyini
Xəstəxana daxili qidalanma planının təyini
Qida gündəliyinin tərtibi və aparılması
Ziyanlı vərdişlərin aydınlaşdırılması və sağlam vərdişlərlə əvəz olunması
Xəstələrin fərdi kouçinqi
Koqnitiv davranış terapiyasının aparılması və s.

