16.01.2018Sağlamlıq məqalələri

Toksikoz hamiləlik zaman ən çox rast gəlinən hallardan biridir

Toksikoz hamiləlik zaman ən çox rast gəlinən hallardan biridir. Ümumdünya səhiyyə təşkilatının statistik məlumatına görə hamiləliyin ilk 3 ayında bütün hamilə qadınların 90%-i toksikozdan əziyyət çəkir. Vaxt keçdikcə azalır, hamilələrin 40%-nə öz təsirini göstərir.

Toksikoz hamiləliklə paralel olaraq başlayır və 12-16 həftə davam edər, buna erkən dövr toksikoz deyilir. Əsasən daha çox ağırlaşmalar olmur. Ancaq erkən toksikoz ağır dərəcəli ola bilər. Bu hamilələrin 1-2%-də rast gəlinir.

Hestoz daha çətindir. Bu ana və uşaq üçün təhlükəli olan hamiləliyin ən əsas ağırlaşmalarından biridir.

Hamiləlik zamanı toksikoz sadəcə hamiləlik dövründə ortaya çıxır. Cari dövrədək hamilə qadınlarda toksikozun yaranma səbəbi tam olaraq bilinmir. Bu barədə bir çox müxtəlif fikir vardır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə