StomatologiyaStomatologiya

17.01.2018Sağlamlıq məqalələri

Hemoroid xəstəliyi zamanı genetik faktor tez-tez vurğulanır

Hemoroid xəstəliyi zamanı genetik faktor tez-tez vurğulanır. Əslində insanın meyilli olması və ya onun qidalanma vərdişlərinin bu xəstəliyə səbəb olması hələ də tam aydınlaşdırılmayıb. Bəzən qidalanma vərdişləri və buna bağlı olaraq nəcisləmə hemoroidin yaranmasına təsir edən səbəblərdəndir. Qidalanma vərdişləri daha çox ayaq yolunda keçirməyə səbəb olur. Qidalanmada acılı, istiotlu yeməklərin çox yeyilməsi anusda yanma hissinə səbəb olur. Bütün bunlar bir daha göstərir ki, qidalanma vərdişi hemoroid səbəblərindəndir.

Hemoroid xəstələrinin pəhriz saxlanması vacibdir. Aşağıda qeyd olunan qida məhsullarından istifadə tövsiyə edilir:

Çovdar çörəyi. Çovdar çörəyi daha təbiidir və qəbizliyə qarşı müsbət təsir edir.

Tərəvəzlər. Tərəvəzlər qida rasionunda əsas yeri tutmalıdır.

Meyvələr. Hər axşam mümkün qədər meyvə yeyilməlidir.

Ərik. Qəbizliyin müalicəsində əriyin xüsusi yeri vardır. Ərik istənilən şəkildə (quru, kompod, təzə) öz müsbət təsirini göstərir.

Hemoroid xəstələrinə mənfi təsir edən qidalar:

Tərkibində həddən artıq istiot olan qidalar. İstiotlu yeməklər birbaşa hemoroidə səbəb olmur, ancaq istiotlu yeyildikdə yanma hissini artırır, ayaqyolunda daha kəskin gücənməyə səbəb olur, bu da dolayısı ilə hemoroidə səbəb olur.

Qəbizliyə səbəb olan qidalar yeyilməməlidir. Məsələn: banan bir çox insanda qəbizliyə səbəb olur.

Anusda qaşınmaya səbəb olan qidalar. Bəzi insanlarda pomidor, badımcan və ədviyyatlar buna səbəb olur.

Spirtli içkilər

İçkilər. Enerji içkilər

Konservlər

Duzlu və yağlı qidalar

Həddən çox qızardılmış qidalar

Ağrıkəsici dərmanların istifadəsi

Portağal, limon, naringi, qreyfrut

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə