Yemək yedikdən sonra xüsusilə yağlı və bol karbohidratlı yəni “ağır”
Yemək yedikdən sonra xüsusilə yağlı və bol karbohidratlı yəni “ağır” yeməklərdən sonra insanın yuxusu gəlir.
Yuxu həzm prosesi ilə birbaşa bağlıdır. Yemək yedikdən sonra insan özünü yorğun hiss edir, xüsusilə yemək çox yedikdən sonra yuxu istəyi daha da çox olur.
Həzm sistemi yemək yedikdən sonra həzm üçün enerji sərf edir. Yemək nə qədər çox yeyilirsə, bir o qədər çox enerji sərf edilir. Ona görə də insan özünü yorğun hiss edir, yuxu istəyi yaranır.
Yemək miqdarını azaltmaqla yuxu istəyini azaltmaq mümkündür. Ancaq yeməyin miqdarı ilə yanaşı yeməyin tərkibi də vacib amildir. Çünki yemək yedikdən sonra qanda şəkərin miqdarının artması yeyilən qidalara görə dəyişir. Karbohidratlı qidalar yeyildikdən sonra qan şəkəri artır.
Qanda olan şəkərin bütün hüceyrələrə daxil olması üçün mədəaltı vəz insulin ifraz edir. İnsulin daha sonra triptofan aminoasidini yaradır. Triptofan serotonin hormonunun yaranmasında aktiv rol oynayır. Serotonin hormonu da yuxunun yaranmasına səbəb olan hormondur. Tərkibində karbohidrat olan qidalar yeyildikdə serotonin hormonunun ifrazı artır, yuxunun yaranmasına səbəb olur.

