Dermatovenerologiya

04.04.2017Tədbirlər və layihələr

Plexr cihazı plazma enerjisi cihazıdır

Plexr cihazı plazma enerjisi cihazıdır. Plexr plus aparatı tətbiq edildiyi nahiyədə qaz halında olan azot və su buxarını yüksək enerji ilə plazma halına çevirərək təsir edir. Təsir nəticəsində yaranan ion buludu dərinin üst qatının özünü yeniləməsinə səbəb olur. Beləliklə, tətbiq edilən plexr üsulu, sızanaq, onların izləri ilə yanaşı qırışların aradan qaldırılmasında mühüm rol oynayır.

Plexr plus cihazı ilə aşağıda qeyd olunan prosedurlar həyata keçirilir:

  • Ziyillərin (papillomaların), böyük ət xallar və törəmələrin götürülməsi
  • Əməliyyatsız göz qapağı plastikası
  • Göz qapağında olan yağ toplantılarının (ksantelazma) götürülməsi
  • Üzdəki qırışların götürülməsi
  • Boyundakı qırışların götürülməsi
  • Dəri törəmələrinin götürülməsi
  • Ləkələrin təmizlənməsi

Prosedur yerli keyitmə ilə tam ağrısız, qansız, kəsiksiz icra olunur. Qalıcılıq müddəti 3-5 il arasında dəyişir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.