Müalicəvi plazma dəyişilməsi, avtomatik hüceyrəayırıcı cihaz
Müalicəvi plazma dəyişilməsi, avtomatik hüceyrəayırıcı cihaz (plazmaferez) vasitəsi ilə xəstədən böyük həcmdə plazma xaric edilir və əvəzinə həmin plazmanı əvəz edən maye (replazma) verilir.
Plazma dəyişməsi müxtəlif xəstəliklərə səbəb olan zərərli maddələrin (antitel, dərmanlar, toksinlər, immunokomplekslər və s.) qandan xaric edilməsi məqsədilə həyata keçirilir. Plazmaferez prosesi üçün iki ayrı damar yoluna ehtiyac var. Xəstənin sağ və sol qoluna uyğun iynələr yerləşdirilir. Əgər damaryolu tapılmazsa, mütəxəssis həkim tərəfindən xəstəyə kateter taxılır.
Plazmaferez cihazına sadəcə o xəstə üçün istifadə olunan steril bir set taxılır və xəstə qanı bu setin içərisindən keçir və cihazla təmasda olmur. Xəstənin qoluna yerləşdirilmiş iynələr və ya kateter vasitəsilə bu cihaza bağlanır. Cihaz pasientin qanını sentrafuqadan keçirərək onu ağ və qırmızı hissəyə, yəni plazma və eritrosit kütləsinə ayırır. Zərərli maddələr xəstə qanından xaric edilir və tibbi tullantı torbasına atılır. Qanın qırmızı hissəsi sağlam plazma və albuminlərlə qarışdırılaraq xəstəyə köçürülür. Proses əsnasında damar xaricinə alınan qanın laxtalanmasını əngəllənmək üçün xüsusi dərman (antikoagülan solüsyon) istifadə olunur.
Kompüter kontrollu və avtomatik olaraq işləyən plazmaferez cihazları prosedurun əvvəlində yazılan müxtəlif qeydlərin köməyi ilə (xəstənin cinsiyyəti, boyu və hematokrit miqdarı) hər xəstədə xaric edlməli və yerinə qoyulmalı olan plazma miqdarını hesablayır.
Aşağıda qeyd olunan xəstəliklər zamanı plazmaferez tətbiq olunur
- Giyyen barre sindromu
- Trombotik trombositopenik purpura
- Hiperviskoz purpura
- Böyrək və ürək trrnsplantasiyları
- Myasteniya
- Multipl myolema
- Müxtəlif zəhərlənmələr
- Kəskin qaraciyər çatışmazlığı - Dərman zəhərlənmələri
- Qulomerulonefrit
- Hemolitik uremik sindrom
- Poliradikulonevropatiya

