İnvaziv radiologiyaİnvaziv radiologiya

13.10.2017Tədbirlər və layihələr

9000-ə yaxın invaziv radioloji əməliyyat və prosedur həyata keçirmiş

9000-ə yaxın invaziv radioloji əməliyyat və prosedur həyata keçirmiş T.ü.f.d. Dr. İlyas Həsənov haqqında.

Nailiyyətlər

  • Azərbaycanın ilk İnvaziv Radioloqu

CIRSE-nin (Cardiovascular and Interventional Radiological Society of Europe) Azərbaycandan ilk və tam üzvü.

40-dan çox beynəlxalq və yerli mənbələrdə nəşr olunmuş elmi məqalənin müəllifi

100-dən çox elmi konfrans və seminarın iştirakçısı

Rəhbərliyi altında Gəncə Beynəlxalq Xəstəxanası Qafqazda ilk JCI (Joint Commission International) akkreditasiyasını əldə etmiş xəstəxana ünvanını qazanmışdır.

İcra etdiyi əməliyyatlar və prosedurlar

Beyin anevrizmalarının invaziv yolla müalicəsi (coil embolizasiyası).

Beyindaxili arterio-venoz malformasiyaların (AVM) endovaskulyar müalicəsi (embolizasiya).

İşemik insult zamanı erkən dövrdə (ilk 6-8 saatda) invaziv yolla tıxanmış damarın açılması (trombolizis, endovaskulyar tromb və ya tıxanmaya səbəb olan ateromanın çıxarılması.

Kəlladaxili və ya kəlləxarici (yuxu arteriyası) beyin damar daralmalarının stenoz (ballon) angioplastikası və stent ilə açılması.

İntra/ekstrakranial AVF embolizasiyası.

TAKE (kemoembolizasiya)

Uşaqlıq miomalarının cərrahi kəsiksiz ən az travmatik müalicəsi (Uşaqlıq Miomalarının Embolizasiyası)

Uşaqlıq qanaxmalarında ən az ağrılı metodla, cərrahiyyəsiz qanaxmanın dayandırılması

Qaraciyәr xərçənginin kimyәvi embolizasiyası

Qida borusu və mədə-bağırsaq sisteminin daralmalarında stent taxılması

Qaraciyәr bədxassəli törəmələrinin kimyәvi embolizasiyası

Öd yollarına perkutan biliar drenaj və stent taxılması

İntra/ekstrakranial şişlərin əməliyyat öncəsi embolizasiyası

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.