XəstəxanaXəstəxana

14.09.2024

Graves xəstəliyi

Graves xəstəliyi – hipertiroidin ən yayılmış formalarından biridir. Graves xəstəliyi zamanı, immun sistemi sağlam tiroid hüceyrələrinə qarşı savaşan immunoglobulinlər yaradır. İmmunoqlobulinlər tiroidin normadan çox tiroid hormonu ifraz etməsinə səbəb olur. Adətən Graves xəstəliyinin əlamətləri hipertiroidi ilə oxşar olur.

Graves xəstəliyinin əsas əlamətlərindən biri də oftalmopatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir. Gözdə olan bu narahatlıq səbəbilə göz həkiminə müraciət edib, səhv müalicə alır, amma əsas problem Graves müalicəsiz qalır.

Graves xəstəliyinin əlamətləri

  • Konsentrasiya pozğunluğu
  • Yorğunluq
  • İstiyə qarşı həssaslıq
  • Çox tərləmə
  • Yuxusuzluq
  • Qadınlarda aybaşı pozulması
  • Əzələlərdə zəifləmə
  • Sürətli və pozulmuş ürək döyüntüsü
  • Nəfəs darlığı
  • Arıqlamaq (nadir hallarda kökəlmək)

Kimlər risk altındadır?

  • Ailəsində Graves xəstəliyi olanlar
  • Digər autoimmun xəstəlikləri olanlar
  • 40 yaş altı qadınlar
  • Siqaret çəkənlər

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə