Uşaqların sağlam böyüməsi və inkişafının izlənməsi üçün mütəmadi
Uşaqların sağlam böyüməsi və inkişafının izlənməsi üçün mütəmadi tibbi müayinələr çox vacibdir. Erkən diaqnostika bir çox xəstəliklərin qarşısını almağa və vaxtında müdaxiləyə imkan yaradır.
Uşaqlar üçün əsas müayinələrə daxildir
- Pediatr müayinəsi – boy, çəki, ümumi inkişaf və immun vəziyyətinin qiymətləndirilməsi
- Qan analizi (ÜQA) – anemiya, iltihabi proseslər və infeksiyaların aşkarlanması
- Sidik analizi – böyrək və sidik yolları problemlərinin erkən diaqnozu
USM (ultrasəs müayinəsi) – qarın boşluğu, böyrəklər, qalxanabənzər vəz və digər orqanların yoxlanılması
Kardioloji müayinə (EKQ) – ürək ritmi və funksiyasının dəyərləndirilməsi
Göz müayinəsi – görmə zəifliyi və refraksiya qüsurlarının aşkarlanması
LOR müayinəsi – qulaq, burun və boğaz xəstəliklərinin yoxlanılması
Nevroloji müayinə – sinir sistemi və psixomotor inkişafın qiymətləndirilməsi
Peyvəndlərə nəzarət – yaşa uyğun immunizasiyanın izlənməsi və s.
Müayinələr uşağın yaşına, şikayətlərinə və risk faktorlarına uyğun olaraq həkim tərəfindən təyin edilir. Profilaktik müayinələr sağlam gələcəyin əsasını qoyur.
Bütün bu müayinələri Gəncə Beynəlxalq Xəstəxanasında müasir tibbi avadanlıqlarla və ixtisaslı həkimlər tərəfindən təhlükəsiz və rahat şəkildə keçə bilərsiniz.

