Uroloji USM (ultrasəs müayinəsi) sidik yolları, böyrək və prostatın
Uroloji USM (ultrasəs müayinəsi) sidik yolları, böyrək və prostatın strukturu və funksiyası haqqında dəqiq məlumat verən, təhlükəsiz və ağrısız diaqnostik üsuldur. Bu müayinə sayəsində böyrək daşları, kistalar, sidik durğunluğu, iltihabi proseslər, prostatın böyüməsi və digər patologiyalar erkən mərhələdə aşkar edilir. USM nəticələri əsasında həkim müalicə planını düzgün müəyyən edir və xəstənin gedişatını izləmək üçün əsas baza yaradılır.
Uroloji USM kimlər üçün və nə vaxt tövsiyə olunur?
Davamlı sidik yanması, tez-tez sidiyə getmə, sidikdə qan görmə, bel ağrısı və ya yan ağrısı olanlarda
Prostatın böyüməsi və ya sidik axını zəifliyi şikayətləri olan kişilərdə
Böyrək daşları və ya infeksiyadan sonra təkrar şikayətləri olanlarda
Kişi sonsuzluğu və reproduktiv problemlər zamanı ilkin diaqnostika üçün
40 yaşdan yuxarı kişilərdə profilaktik yoxlama məqsədilə
Sidik yolları infeksiyasına meyilli şəxslərdə müayinə məqsədilə
Müayinə ağrısız və sürətli şəkildə həyata keçirilir, nəticələr dərhal qiymətləndirilir. Erkən diaqnoz daha az invaziv və daha effektiv müalicə imkanı yaradır.
