Torakal cərrahiyyə

25.06.2026Həkimlərimiz

Torakal cərrah döş qəfəsi, ağciyərlər, plevra, mediasten və döş

Torakal cərrah döş qəfəsi, ağciyərlər, plevra, mediasten və döş qəfəsi divarının xəstəliklərinin diaqnostika və cərrahi müalicəsi ilə məşğul olur. Aşağıdakı klinik əlamətlər müşahidə olunduqda torakal cərrah konsultasiyası tövsiyə edilir:

3 həftədən artıq davam edən öskürək – Xüsusilə müalicəyə baxmayaraq keçməyən öskürək əlavə müayinə tələb edə bilər.

Qanlı bəlğəm (hemoptizi) – Ağciyər və tənəffüs sistemi xəstəliklərinin əlaməti ola biləcəyindən təxirə salınmadan qiymətləndirilməlidir.

Nəfəs darlığı – Fiziki fəaliyyət zamanı və ya sakit vəziyyətdə yaranan nəfəs darlığı ağciyər və döş qəfəsi patologiyalarının göstəricisi ola bilər.

Rentgen və ya kompüter tomoqrafiyasında (KT) aşkar olunan dəyişikliklər – Ağciyərdə düyün, kütlə, kölgə, plevra mayesi və ya digər patoloji dəyişikliklər aşkar edildikdə torakal cərrahın konsultasiyası vacibdir.

Bu əlamətlər hər zaman ciddi xəstəliyin göstəricisi olmasa da, onların səbəbinin vaxtında müəyyən edilməsi erkən diaqnostika və düzgün müalicə taktikasının seçilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Döş qəfəsi və ağciyər sağlamlığınızla bağlı müraciət üçün Gəncə Beynəlxalq Xəstəxanasının torakal cərrahı, Uzm. Dr. Şükür Musayevin qəbuluna yazıla bilərsiniz.

Həkimin qəbulu

  • Həftə içi 6 gün
  • Saat 09:00–16:00

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.