Sellar nahiyə beynin dibində yerləşən və hipofiz vəzi ilə əlaqəli
Müasir neyrocərrahiyyədə tətbiq olunan transsfenoidal endoskopik üsul burun nahiyəsindən aparılan, kəsiksiz və daha az travmatik cərrahi müdaxilədir. Bu metod sayəsində sellar nahiyədə yerləşən törəmələrin xaric olunması mümkündür.
Erkən diaqnostika və vaxtında müayinə ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır. Baş ağrısı, hormonal dəyişikliklər və ya görmə ilə bağlı şikayətlər olduqda həkim müayinəsinə müraciət etmək tövsiyə olunur.
Pasiyentimiz müalicədən sonra evə yazılmış, vəziyyəti qənaətbəxşdir. Ona möhkəm can sağlığı arzulayırıq.
Əməliyyat neyrocərrah Dr. Kənan Əzimov tərəfindən icra olunmuşdur.
