Reanimasiya və intensiv terapiya şöbəmiz günün 24 saatı, həftənin 7
Reanimasiya və intensiv terapiya şöbəmiz günün 24 saatı, həftənin 7 günü fasiləsiz fəaliyyət göstərərək kritik vəziyyətdə olan pasiyentlərə yüksək ixtisaslı tibbi yardım göstərir.
Şöbəmiz müasir tibbi avadanlıqlarla təchiz olunmuş, təcrübəli anestezioloq-reanimatoloqlar, peşəkar həkimlər və ixtisaslaşmış tibb personalı tərəfindən fəaliyyət göstərir. Hər bir pasiyentin həyati göstəriciləri fasiləsiz monitorinq olunur, vəziyyətinə uyğun intensiv müalicə və tibbi nəzarət təmin edilir.
Reanimasiya və intensiv terapiya şöbəsində aşağıdakı hallarda tibbi yardım göstərilir
- Ağır travmalar və politravmalar;
- İnfarkt və insult;
- Tənəffüs çatışmazlığı;
- Sepsis və ağır infeksiyalar;
- Böyük cərrahi əməliyyatlardan sonrakı intensiv müşahidə;
Həyati təhlükə yaradan digər kritik vəziyyətlər.
Peşəkar tibbi komanda, müasir texnologiyalar və operativ müdaxilə ilə həyatın qorunması naminə 24/7 xidmətinizdəyik.
Sağlamlığınızı qoruyun, həyati əhəmiyyət daşıyan əlamətlərə laqeyd yanaşmayın. Vaxtında göstərilən tibbi yardım həyat xilas edə bilər.

