Körpənin sağlam böyüməsi və inkişafının izlənilməsi üçün həyatın ilk
Körpənin sağlam böyüməsi və inkişafının izlənilməsi üçün həyatın ilk aylarında müəyyən müayinələrin vaxtında aparılması mühüm əhəmiyyət daşıyır.
Beyin USM-i (neyrosonoqrafiya)
Körpənin baş beyninin strukturlarını və inkişaf xüsusiyyətlərini qiymətləndirməyə kömək edir.
Bud-çanaq oynaqlarının USM-i
Bud-çanaq oynaqlarının inkişaf xüsusiyyətlərinin erkən qiymətləndirilməsinə imkan verir.
Qarın boşluğu orqanlarının USM-i
Qarın boşluğunda yerləşən orqanların vəziyyətinin qiymətləndirilməsi üçün istifadə olunur.
USM müayinəsi şüalanma yaratmayan, ağrısız və qeyri-invaziv müayinə üsuludur. Müayinənin aparılma vaxtı və zəruriliyi körpənin yaşına, inkişaf xüsusiyyətlərinə və həkim qiymətləndirməsinə əsasən müəyyən edilir.
Körpələrin müayinəsi xüsusi diqqət və dəqiqlik tələb edir. Gəncə Beynəlxalq Xəstəxanasında körpələr üçün USM müayinələri ixtisaslaşmış və təcrübəli həkim-radioloqlar tərəfindən müasir ultrasəs avadanlıqları ilə həyata keçirilir. Məqsəd müayinənin keyfiyyətli aparılması və əldə olunan nəticələrin həkim tərəfindən düzgün qiymətləndirilməsidir.
Qəbul saatları
- Dr. Aytac Rəhimova
- I–VI günlər | 14:00–17:00
- Dr. Anar Mustafayev

