İqlim dəyişikliyi və insan sağlamlığı: ürək-damar xəstəliklərinin
İqlim dəyişikliyi və insan sağlamlığı: ürək-damar xəstəliklərinin profilaktikası
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən maarifləndirici görüşdə Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətlərinin üzvü, aritmoloq və invaziv kardioloq Dr. Tural Məmmədzadə tələbələrlə iqlim dəyişikliyinin insan sağlamlığına təsiri barədə geniş fikir mübadiləsi aparıb.
Çıxış zamanı iqlim dəyişikliklərinin ürək-damar sistemi üçün yaratdığı risklər, xüsusilə temperatur dəyişikliklərinin və ekstremal istilərin ürək sağlamlığına təsiri, ürək-damar xəstəliklərinin profilaktikası və risk faktorlarının azaldılması məsələlərinə toxunulub.
Həmçinin ürək sağlamlığının qorunmasında fiziki aktivliyin, balanslaşdırılmış və sağlam qidalanmanın, zərərli vərdişlərdən uzaq durmağın, müntəzəm tibbi müayinələrin və sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb.
Sağlam gələcək sağlam seçimlərdən başlayır!
profilaktika ADAU


