Bəzən halsızlıq, yaddaş zəifliyi, oynaqlarda ağrı və ya
Bəzən halsızlıq, yaddaş zəifliyi, oynaqlarda ağrı və ya əllərdə-ayaqlarda keyimə kimi hallar sadəcə yorğunluq deyil. Orqanizm müəyyən vitamin və mineral çatışmazlığı barədə sizə xəbərdarlıq edə bilər.
Bu siqnalları vaxtında dəyərləndirmək gələcəkdə daha ciddi problemlərin qarşısını almağa kömək edir. Özbaşına əlavələr qəbul etmək əvəzinə, əvvəlcə analiz vermək və nəticələrə əsasən düzgün seçim etmək daha təhlükəsiz və effektiv yanaşmadır.
Unutmayaq ki, hər simptom mütləq şəkildə vitamin çatışmazlığı demək deyil. Dəqiq nəticə üçün analiz və həkim məsləhəti vacibdir.
Balanslı qidalanma, keyfiyyətli yuxu və aktiv həyat tərzi isə sağlamlığın əsas dayaqlarıdır.
Sağlamlıq diqqətdən başlayır!

