PediatriyaPediatriya

09.08.2025Tədbirlər və layihələr

Sümük inkişafı təxminən 20 yaşa qədər davam edir, lakin bədəndə sümük

Sümük inkişafı təxminən 20 yaşa qədər davam edir, lakin bədəndə sümük sıxlığı 30-35 yaşlarında ən yüksək həddə çatır.

Bir uşağın sağlam sümüklərə sahib olması üçün ən əsas element qidalanmadır. Çünki sümüklər üçün ən vacib olan kalsium və digər mineralları əldə etməyin yolu qidalanmadan keçir.

Süd kalsiumun ən böyük mənbəyidir! Ona görə də uşağa böyümə çağında süd verə bilərsiniz. Bunların xaricində pendir, qatıq, kimi məhsullar da ən az süd qədər vacibdir.

Süd və süd məhsullarından başqa; Qırmızı ət, yumurta, paxlalılar, təzə meyvə və tərəvəzlər sümükləri gücləndirən qidalardandır.

Uşaqlarda sümük inkişafında kalsiumla yanaşı D vitamininin də yeri var. D vitamini kalsiumun bədəndə aktivləşməsini təmin edir. Beləliklə, D vitamini olmadan kalsium gücsüzdür.

Sümüklər istifadə olunduqca güclənir və sağlam qalır. İstifadə edilməzsə, sümük itkisi baş verə bilər. Buna görə də sümüyə tətbiq olunan qüvvə ilə edilən məşqlər uşaqların sümük inkişafı üçün faydalıdır. Sürətli yerimə, qaçış, atlama və tullanma hərəkətləri, basketbol kimi idman növləri sümük inkişafı üçün uyğundur.

Mütəmadi tibbi yoxlamalar

Pediatr və ya uşaq həkimləri ilə mütəmadi olaraq məsləhətləşmək və uşağın inkişafını izləmək vacibdir. Həkim lazım gəldikdə əlavə qidalanma və ya vitamin/maddələr təyin edə bilər.

Bu tədbirlər uşaqlarda sağlam sümüklərin inkişafını təmin edir və gələcəkdə sümük problemlərinin qarşısını almağa kömək edir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.