Neyrosonoqrafiya 1 yaşa kimi uşaqların (əmgək açıq olan) baş beyninin ultrasəs müayinəsidir
Neyrosonoqrafiya 1 yaşa kimi uşaqların (əmgək açıq olan) baş beyninin ultrasəs müayinəsidir. Əgər körpənizə baş-beyin USM(neyrosonoqragiya) təyin edilibsə, sizdə sual yarana bilər: Bu körpə üçün ziyanlı ola bilər?
Ultrasəs dalğaları yüksək tezlikli mexaniki dalgalardir ve heç bir šualanma olmadigina görə xəstə üçün elecede körpe üçün tam tehlukesizdir
Neyrosonoqrafiya keçən əsrin 60-cı illərindən tətbiq olunan bu müayinə sinir sistemi haqqında məlumat almaq üçün istifadə olunan qeyri invaziv və informativ müayinələrdəndir. Neyrosonoqrafiya xüsusi datçiklər vasitəsilə akustik pəncərələrdən(əmgəkdən) aparılan bu müayinə baş beyindəki bir çox strukturlar barəsində bizə məlumat verir.
Neyrosonoqrafiya müayinə vasitəsilə beyindəki anadangəlmə qüsurlar, hidrosefaliya, kəllədaxili təzyiq, kəllədaxili qansızmalar, beynin hipoksik-işemik zədələnmələri və s. kimi patalogiyalar haqqında məlumat almaq mümkündür. Ən mühüm üstünlüklərdən biri də odur ki, bu müayinə yenidoğulmuş uşaqlara da heç bir şüalanma qorxusu olmadan aparılır.
Bu müayinəni klinikamızda yüksək ixtisaslaşmış həkim radioloqlar Dr. Aytac Rəhimova və Dr. Anar Mustafayev tərəfindən aparılır.
