RadiologiyaRadiologiya

01.12.2025Xidmət və avadanlıq

MRT (Maqnit-Rezonans Tomoqrafiyası) müasir tibbdə ən təhlükəsiz

MRT (Maqnit-Rezonans Tomoqrafiyası) müasir tibbdə ən təhlükəsiz görüntüləmə metodlarından biridir. Bu müayinə rentgen və ya KT kimi ionlaşdırıcı şüa istifadə etmir - yəni orqanizm üçün zərərli radioaktiv təsir yaratmır. MRT yalnız güclü maqnit sahəsi və radio dalğaları vasitəsilə orqan və toxumaların detallı görüntüsünü əldə edir. Buna görə də, tibbi göstəriş olduqda müayinənin təkrarlanması adətən təhlükə yaratmır.

Lakin hər bir pasiyentin vəziyyəti fərqli olduğu üçün MRT-nin tezliyi klinik gedişata görə müəyyən edilməlidir.

⏬Aşağıdakı hallarda həkim daha tez-tez MRT təyin edə bilər

  • Xroniki və ya dinamik izlənməsi vacib olan xəstəliklər
  • Cərrahi müdaxilə öncəsi və sonrası nəzarət
  • Şiş, ödəm, iltihab və ya struktur dəyişikliklərinin gedişini qiymətləndirmək

Yeni şikayətlər və ya mövcud simptomların artması və s.

MRT-nin tez-tez çəkilməsi yalnız həkim göstərişi ilə düzgün dəyərləndirilir. Əgər yeni narahatlığınız varsa, fərdi tibbi qiymətləndirmə üçün həkim konsultasiyası vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.