Əgər uşağınız tez-tez gözlərini qırpmağa başlayıbsa, bu mümkün problemlərin ilkin…
Əgər uşağınız tez-tez gözlərini qırpmağa başlayıbsa, bu mümkün problemlərin ilkin göstəricisi ola bilər.
Məsələn
Sinir tikləri – bu, uşaqlarda əsas göz qırpma səbəbidir. Tiklər zamanı tək göz qırpmaları deyil, həm də bədənin digər üzvlərinin qeyri-iradi hərəkətləri müşahidə olunur. Adətən 3-5 yaşlı uşaqlarda görülür. Əksər hallarda tiklər zərərsizdir və düzgün müalicə ilə keçir.
Gözün ön hissəsindəki kornea ilə bağlı problemlər. Bunlara quru göz, kirpik batması, gözdə və ya göz qapağının altında yad cisim, kornea aşınması (gözün önündə cızıq) və ya konyuktivit daxildir.
Görmə orqanlarında xəstəliyin olması – gözlərə təzyiqin düşməsi, irsi faktorlar, virus və s.
Allergik reaksiya – irsi faktorlar əsas rol oynayır və gözlərdə qızartı, qaşınma və sulanma kimi əlamətlər olur.
Düzgün seçilməmiş eynəklər və ya linzalar – onları istifadə edərkən narahatçılıq hissi. Oftalmoloqa müraciət edərək eynəklərin şüşəsində düzəlişlər olunur və eynək uşağın gözünə uyğunseçilir.
Uşaqlarda gözü tez-tez qırpmanın səbəbi olduqca geniş olduğundan yaxşı olar ki, ləngimədən oftalmoloqa müraciət edəsiniz və səbəbi müəyyən edib, lazım gələrsə müalicəyə başlayasınız.
