Azərbaycan Kardiologiya Cəmiyyətin və Avropa Kardiologiya Cəmiyyətin
Azərbaycan Kardiologiya Cəmiyyətin və Avropa Kardiologiya Cəmiyyətin üzvü, Aritmoloq, İnvaziv Kardioloq Dr. Tural Məmmədzadə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə Bakıda aprelin 10-dan 12-dək Birinci Gənc Kardioloqlar Forumunda meruzeçi kimi iştirak etmişdir.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri, “ETKİ könüllüləri” və Azərbaycanın elm və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, üç gün davam edən foruma 600-dən artıq yerli mütəxəssis qatılıb. Birinci Gənc Kardioloqlar Forumu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 46 DTT kredit balı ilə qiymətləndirilib.

