Oftalmologiya

27.03.2025Sağlamlıq məqalələri

Ağıllı linzalar uzaq, yaxın və orta məsafələr üçün nəzərdə tutulan

Ağıllı linzalar uzaq, yaxın və orta məsafələr üçün nəzərdə tutulan, insanın gözünün içinə yerləşdirilən və daha keyfiyyətli görmə təmin edən linzalardır. Katarakt xəstəliyi zamanı, xəstənin gözünün içindəki təbii göz mərcəyi bir müddət sonra şəffaflığını itirir. Bu halda ağıllı göz içi linzalar, eynək taxmaq istəməyən, lakin lazerlə müalicənin uyğun olmadığı xəstələrdə, ətraflı göz müayinəsindən sonra tövsiyə edilə bilər.

Uzaq məsafəni görməni təmin edən linzalara monofokal (təkfokuslu)

Uzaq və yaxın görməni təmin edən linzalara bifokal (ikifokuslu)

Uzaq, orta və yaxın məsafəni görməni təmin edən linzalara trifokal (üçfokuslu) linzalar deyilir. Xəstənin həyat fəaliyyəti və gözün vəziyyəti nəzərə alınaraq, bifokal (ikifokuslu) və ya trifokal (üçfokuslu) linza seçilir və buna görə eynəyə ehtiyac qalmır.

Xəstənin gözündə astiqmatizm varsa, torik linza (astiqmatlı linza) seçilə bilər. Yaxın, orta və uzaq məsafələrdə aydın görməni təmin etdiyi üçün xəstənin həyat keyfiyyətini artırır, eynək taxmağın meydana gətirə biləcəyi baş ağrısı kimi simptomları aradan qaldırılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.