Oftalmologiya

30.07.2024Tədbirlər və layihələr

Yayda uşaqların ən çox əyləndiyi, amma bir o qədər də zərər gördüyü

Yayda uşaqların ən çox əyləndiyi, amma bir o qədər də zərər gördüyü yer dəniz və ya hovuzlardır. Natəmiz suda çimən uşaqların infeksiyaya yaxalanması qaçılmazdır. Məhz bu üzdən yay aylarında infeksion xəstəlikdən körpələr daha çox əziyyət çəkirlər.

Tez-tez rast gələn dəniz xəstəlikləri bunlardır; qulaq infeksiyaları, sidik yolu infeksiyaları, göbələk xəstəlikləri, sinusitlər, mədə-bağırsaq infeksiyaları, parazitar xəstəliklər, entamöba, lyambliya (Giardia), göz xəstəlikləri, dəri yanıqları və s.

⏬Pediatr körpələri bu xəstəliklərdən qorunmağın yollarını göstərib

Yetərli dezinfeksiya olunduğu və bakterioloji analizdən keçirilmədiyini düşündüyünüz sularda uşaqları çimizdirməyin.

Qulağa vazelin və ya qliserin yağı ilə isladılmış pambıq tıxac taxın.

Uşaqları suda su udmayacaq şəkildə tutun, əgər böyük uşaqdırsa, su udmaması üçün ciddi göstəriş verin.

Gözü qorumaq üçün dəniz gözlüklərindən və şapkadan istifadə edin.

Dənizdən çıxdıqdan sonra dərhal uşaqları təmiz su ilə çimizdirin.

Uşaqları dənizə çılpaq deyil, tez quruyan parçalardan olan çimərlik paltarları ilə salın.

2 yaşa qədər uşaqları dəniz və ya hovuza salmayın və s.

Uşaqların dənizdə istirahəti üçün günün uyğun saatları: Dəniz kənarında səmərəli vaxt keçirmək üçün optimal vaxt 08:00-11:00 və 16:00-19:00 saatlarıdır. Bu müddətdə günəş şüaları isti, lakin həddindən artıq aktiv deyil. Suda nə qədər qalmağa da diqqət yetirmək lazımdır. Suyun temperaturu 33 C-dən aşağı olanda, bədən yavaş-yavaş soyumağa başlayır. Uşaq orqanizmi böyüklərdən dəfələrlə tez soyuyur, buna görə də suda qalma vaxtını tədricən uzatmaq lazımdır. Üç-dörd yaşlı uşaqlara suyun hərarəti 24 C-dən yuxarı olmadıqda 5 dəqiqədən başlamaq lazımdır və bir-iki gün ərzində müddəti 15-20 dəqiqəyə çatdırmaq olar. Gün ərzində suya baş çəkməyin sayı 3 dəfədən çox məsləhət görülmür.

Əziz valideyinlər, bu tövsiyələrə ciddi riayət edərək, uşaqlarınızın sağlamlığını qoruyun, həm də gözəl yay günlərində problemsiz dincəlin.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.