Kardiologiya

02.12.2024Tədbirlər və layihələr

Səhiyyə Nazirliyi, nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutu və

Səhiyyə Nazirliyi, nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Gəncə Beynəlxalq Xəstəxanasının birgə təşkilatçılığı ilə 29 noyabr tarixində Gəncə Beynəlxalq Xəstəxanasında “Gəncə Sağlamlıq Günləri” çərçivəsində şəhid və veteran ailələri üçün kardioloji müayinələr keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli, Gəncə Beynəlxalq Xəstəxanasının rəhbəri Gülnar Paşayeva, millət vəkili Musa Quliyev, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və Gəncə Beynəlxalq Xəstəxanasın əməkdaşları, həkimləri iştirak ediblər.

Aksiya zamanı şəhid və veteran ailələrinin üzvləri müxtəlif patologiyalar üzrə müayinələrdən keçəcək, lazımı reseptlər yazılıb, ehtiyacı olan xəstələrə dərman vasitələri paylanacaq.

Qeyd edək ki, xeyriyyə aksiyası zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən kardioloji, endokrinoloji, nevroloji, nefroloji xidmətlər göstərilib. Əlavə olaraq bütün laborator müayinələr də qarşılanıb.

Aksiya zamanı Gəncə, Tərtər, Mingəçevir, Şəki, Goranboy, Ağdaş, Bərdə və digər rayonlardan 300-ə yaxın vətəndaş artıq müayinədən keçib.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.