Ürək və damar cərrahiyyəsi

11.12.2024Tədbirlər və layihələr

Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya

Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Gəncə Beynəlxalq Xəstəxanasının birgə təşkilatçılığı ilə 30 noyabr tarixində “Gəncə Sağlamlıq Günləri” çərçivəsində “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirə ümumilikdə 1000 nəfərə yaxın həkim iştirak edib. Konfransa 4 kurs, həmçinin EKQ, EXO-KQ, EVAR, TEVAR kursları və 4 oturumdan ibarət olan tədbirə 16 bölgədən, o cümlədən Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Samux, Ağdaş, Qazax, Daşkəsən, Tərtər, Ağstafa, Tovuz, Naftalan, Şəki, Xocalı şəhər və rayonlarından həkimlər qatılıb.

İlk öncə tədbirin nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, konfransın sədri Gülnaz Dadaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri, professor, konfrans sədri Hikmət İbrahimli, Milli Məclisin Əmək və sosial siyasəti üzrə komitənin sədri Musa Quliyev və digər natiqlər qonaqları salamlayaraq, uğurlar arzu ediblər. Bildirilib ki, “Gəncə Sağlamlıq Günləri” çərçivəsində şəhid və veteran ailələrinin üzvləri üçün həyata keçirilən tibbi sosial aksiya, bölgə üzrə baş tutan ən böyük konfrans kimi son nailiyyətləri bölüşməyə və vətəndaşların sağlamlığını qorumağa imkan yaradacaq.

Elmi konfrans 36 DTT balı ilə qiymətləndirilib.

Əlavə olaraq qeyd edək ki, konfransda xəstəxanamızın həkimləri Ürək və Damar Cərrahı Uzm. Dr. Serkan Çelik, Kardioloq, Aritmoloq Dr. Günay Rəhimova, Azərbaycan Kardiologiya Cəmiyyətin və Avropa Kardiologiya Cəmiyyətin üzvü, Aritmoloq, İnvaziv Kardioloq Uzm. Dr. Tural Memmedzadə, İnvaziv kardioloq, aritmoloq Dr. Ceyhun Umudov

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.