Qan xəstəlikləri əsasən iki yerə ayrılır: xoşxassəli və bədxassəli
Qan xəstəlikləri əsasən iki yerə ayrılır: xoşxassəli və bədxassəli. Xoşxassəli xəstəliklərə misal olaraq anemiya, sümük iliyi çatışmazlığı, oraqvari hüceyrə anemiyası, talassemiya, çoxsaylı mieloma, qanaxma və laxtalanma pozğunluqları, trombositopeniya və limfa düyünlərinin şişməsi daxildir. Bədxassəli xəstəliklər isə qan xərçəngi və ya leykoz kimi sıralana bilər.
Qan xəstəliklərinin ümumi əlamətləri
- Fiziki fəaliyyət zamanı tez yorulmaq
- Halsızlıq
- Tez-tez infeksiyalara yoluxma
- Yüngül travmalarda belə qanaxma
- Uzun müddət davam edən qanaxma
- Yüksək temperatur
- Limfa düyünlərində - boyun, qasıq və qoltuqda şişlik
- Dəridə solğunluq
Ayaqda və ya dizin altında anidən yaranan ağrılı ödem və s.
Qan xəstəliklərinin diaqnostikasında aparılan müayinələr:
- Hemoqram (qanın ümumi analizi 19 parametr üzrə), Periferik yayma (qana mikroskop altında baxılması)
- Hemoqlobin elektroforezi (Hemoqlobin növlərini öyrənmək üçün)
- Qanyaranma üçün lazım olan Dəmir, Ferritin, Eritropoetin, Vitamin B12, Fol turşusu
- Qanın laxtalanma analizləri
Limfa düyünün punksiyası, biopsiyası; histomorfoloji, immunohistokimyəvi və sitogenetik müayinələri və s.
Əgər özünüzdə yuxarıda qeyd edilən əlamətləri hiss edirsinizsə, GBX-nın Laboratoriyasına yaxınlaşaraq lazımi testlərdən keçə bilərsiniz.
