Oftalmologiya

31.05.2024Kampaniya arxivi

Göz qapaqlarının qeyri-iradi qapanması ilə müşayiət olunan nevroloji patologiyadır

Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.

Göz qapaqlarının qeyri-iradi qapanması ilə müşayiət olunan nevroloji patologiyadır. Bəzi hallarda blefarospazm ağrıya reaksiya kimi də meydana çıxa bilər. Bu sindrom qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Gözün səyirməsi zamanı gözlər işığa qarşı həssas olur, üzün səyirən göz tərəfdə olan hissəsinin əzələləri titrəyir, bəzi hallarda isə gözün üst qapağı bir-neçə saat örtülü qalır.

Səbəb ola biləcək faktorlar

  • Neyroleptik xarakterə malik preparatların qəbulu
  • Supranuklear iflic (gözlərin hərəkət məhdudluğu və boyun əzələlərinin zəifləməsi)
  • Parkinson xəstəliyi
  • Gözdə yad cisim
  • Trixiaz
  • Göz xəstəlikləri (blefarit)

“Quru göz” sindromu və s.

Blefarospazm, həmçinin özünü aşağıdakı simptomlarla büruzə verir:

  • Göz qapaqlarının dartılması
  • Dilin spazmı
  • Göz yaşı ifrazının pozulması
  • Qırtlaq əzələsinin spazmı və s

Uzun zaman davam edən göz səyirməsi zamanı həkimə müraciət etmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə