Ümumi cərrahiyyə

13.03.2024Xidmət və avadanlıq

Elektromioqrafiya - əzələlərin bioelektrik aktivliyini müəyyən edən diaqnostika üsuludur

Elektromioqrafiya əsasında zədələnmiş əzələni innervasiya edən sinirin funksional vəziyyətini göstərir.

Elektromiograf adlı aparatla aparılan müayinə əzələ və periferik sinirlərin zədələnmə dərəcəsini, yerləşməsini, ağırlığını müəyyən edir. Aparat əzələlərin biopotensiallarını qeyd edir.

Elektromioqrafiya vasitəsilə aşağıdakı xəstəliklərə dəqiq diaqnoz qoymaq mümkündür:

  • Əzələ distrofiyası və ya polimiozit
  • Periferik sinir xəstəlikləri (karpal kanal sindromu)

Beyində və onurğa beyində motor neyronlarına təsir edən amiotropik lateral skleroz və iflic kimi xəstəliklər

Sinirə təsir edən disk yırtıqları və s.

EMG təhlükəsiz prosedurdur. Müayinə həm stasionar həm ambulator şəraitdə aparıla bilər.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə