Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün vacib olan maddələrdəndir
Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün vacib olan maddələrdəndir. Xolesterin bütün hüceyrələrin membranlarına daxildir, o hormonların sintezində və mübadilə proseslərində iştirak edir, sinir toxumalarını əhatə edən qoruyucu qatı əmələ gətirir.
Xolesterin orqanizmdə normadan artıq olduqda insanın həyatı üçün təhlükəyə çevrilir. Artıq xolesterin damarlarda yığılmağa başlayır ki, bu da damarların daralmasına, zəifləməsinə, tıxanmasına səbəb olur. Bütün bunlar isə öz növbəsində, ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbləridir.
⏬Qanda xolesterinin yüksək olmasının əlamətləri bunlardır: ürək nahiyəsində ağrılar, sıxılma hissi, yüngül fiziki iş və ya qısamüddətli gəzintidən sonra ayaqlarda ağrılar, göz qapaqlarında və gözlərin altında kiçik sarı piy şişlərinin əmələ gəlməsi, təzyiqin tez-tez qalxıb-düşməsi, zəiflik və yorğunluq, saçların tez ağarması, baş ağrıları, yaddaşın və diqqətin pozulması.
Bu əlamətləri özünüzdə hiss etdikdə mütləq qanda xolesterinin səviyyəsini yoxlamaq lazımdır.
