Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB), Gəncə Beynəlxalq Xəstəxanasının dəstəyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Regional hematologiya simpoziumu" keçirilib.
Tədbirdə çıxış edən Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli ulu öndərin Azərbaycan səhiyyəsi, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafındakı əvəzsiz rolundan, eləcə də regionlarda tibbi simpoziumların keçirilməsinin əhəmiyyətindən danışıb.
Bölgələrində də Hematologiya sahəsinin inkişafına təkan vermək məqsədi ilə keçirilən simpoziuma 200-dən artıq həkim və tibb bacısı qatılıb.

