Otorinolarinqologiya (LOR)

13.03.2023Sağlamlıq məqalələri

Qulaq Estetik Əməliyyatı – otoplastika

Qulaq Estetik Əməliyyatı – otoplastika: qulaqların estetik görünüşünü yaxşılaşdırmaq üçün tətbiq edilən və “şəlpə qulaq” adlanan problemin aradan qaldırılması məqsədi ilə həyata keçirilən estetik əməliyyatdır. Qulaq əməliyyatı ilə mövcud deformasiyalar aradan qaldırılır və daha estetik bir qulaq görünüşü təmin edilir.

Qulaqların iri və önə doğru meyilli olması insanların psixoloji durumuna təsir edir. Qulaq estetikası ilə qulaqların təbii formasına qayıtması təmin edilir və “şəlpə” qulaq problemi varsa bu aradan qaldırılır.

⏬Əməliyyat prosesi necədir?

Çox sadə və asan əməliyyatdır. Xəstənin yaşından asılı olaraq lokal və ya ümumi anesteziya altında edilə bilər. Böyüklər üçün lokal anesteziya altında klinik şəraitdə həyata keçirilə bilər. Otoplastika əməliyyatından sonra qulaqda yaranan problemlər aradan qalxır, insanın özünə inamı artır və estetik görünüş yaranır. Otoplastika əməliyyatı təxminən 1-1,5 saat çəkir.

Qulağın arxasından edilən kəsik və tikiş texnikaları ilə qulaq deformasiyası aradan qaldırılaraq qulaq arzu edilən formaya gətirilir.

Əməliyyatdan sonra qulağın arxasındakı kəsik tikişlərlə bağlanır. Kəsiklərin qulaq arxasında olması çapıq izlərinin gizlənməsinə imkan verərək, diskomfort hissi yaşamamağınıza imkan verir.

Əməliyyat zamanı və əməliyyatdan sonra sarğılar steril aparıldığı təqdirdə infeksiya əlamətlərinə rast gəlinmir. Xəstə üçün istifadə edilən tikişlər uyğun və keyfiyyətli olduqda qulaqda açılma və deformasiya görünmür. Plastik əməliyyat sonrası qulaq yaxşı sarğılandıqda hematoma (qan yığılması) müşahidə edilmir.

Əməliyyatdan sonrası 10 gün müddətində sarğılar yenilənir. Onuncu gündə xəstə gündəlik sosial həyatına qayıda bilər. Xəstənin tikişləri çıxarıldıqdan sonra sadəcə gecələr elastik bandaj taxılır.

Qulaqların plastik-estetik əməliyyatından sonra qulaqlar xüsusi sarğı ilə bağlanır. İlk bir neçə gün qulaqlarda ağrı müşahidə olunması çox normaldır. Əməliyyatdan sonrakı sağalma dövründə fen və fen kimi təhlükəli məişət cihazlarından istifadə etməməyiniz tövsiyə edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.