24.04.2023Sağlamlıq məqalələri

Psoriaz qırmızı-çəhrayı səpgilər və dərinin qabıq verməsi ilə müşayiət olunan xroniki…

Psoriaz qırmızı-çəhrayı səpgilər və dərinin qabıq verməsi ilə müşayiət olunan xroniki qeyri-infeksion xəstəlikdir.

Psoriaz zamanı dərinin üzərində boz və ya ağ pulcuqlarla örtülmüş ləkələr əmələ gəlir. Dəriyə toxunduqda bu pulcuqlar asanlıqla qopur. Səpgilərin ölçüləri müxtəlifdir - əvvəl daha kiçik olar, sonra böyüyür, biri biri ilə birləşir. Səpgilər qaşınır və nəticədə çatlar əmələ gəlir, qanaxma açılır. Qaşınma çox üzücü olur, xəstə əziyyət çəkir.

Əksər hallarda səpgilər dirsəklərdə, dizlərdə, baş nahiyəsində əmələ gəlir. Bəzən psoriaz digər yerlərdə də inkişaf edə bilər.

Dəridən əlavə psoriaz zamanı dırnaqlar, saçlar, oynaqlar və daxili orqanlar da zədələnir.

İnkişaf etmə səbəbləri hesab olunur ki, immun sistemində olan bəzi dəyişikliklərdir. İrsiyyət də xəstəliyin inkişafında böyük rol oynayır - əgər valideynlər bu xəstəlikdən əziyyət çəkirlərsə, uşaqlarda psoriazın inkişafı riski 50% artmış olur. Həmçinin xəstəliyin inkişafına güclü stress, mübadilə proseslərin pozulması və hormonal pozulmalar təkan verə bilər.

Psoriaz keçici xəstəlik deyil. Xəstəlik nə məişət, nə hava-damcı, nə cinsi yolu ilə bir insandan digərinə keçmir.

Psoriazın müalicəsi ilə dermatoloqlar məşğul olur. Psoriaz xroniki xəstəlikdir, tam müalicə olunmur. Xəstə daim həkimin nəzarətində qalmalı və lazım olduqda müalicə almalıdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə