RadiologiyaRadiologiya

23.02.2023Sağlamlıq məqalələri

Hazırda süd vəzilərində patoloji dəyişiklikləri öyrənmək üçün aparıcı

Hazırda süd vəzilərində patoloji dəyişiklikləri öyrənmək üçün aparıcı instrumental metodların biri də süd vəzlərinin USM-dir. Süd vəzilərinin USM-si süd vəzi xəstəliklərinin diaqnostikasında zərərsiz və ağrısız metoddur. Onun əsas üstünlükləri – exoqrafik müayinələr üçün müasir apparatların yüksək həssaslıq dərəcəsi və şüa yükünün olmamasıdır.

Süd vəzilərinin ümumi qəbul olunmuş quruluş norması müxtəlif amillərdən asılıdır.

Buna görə də, müayinənin nəticələri xəstənin yaşına, menstrual tsiklin fazalarına, qanla təminatın xarakterinə, dərialtı piy toxumasının qalınlığına, vəz toxumasının piy toxumasına nisbətinə, mastopatiyanın variantlarına, iltihabi prosesin fazaları və ya posttravmatik dəyişikliklərə və s. nəzərə alınmaqla qiymətləndirilir.

Metod tamamilə təhlükəsiz olduğu üçün təkrar müayinələrin tezliyi yalnız patologiyanın inkişafını və ya aparılan müalicənin effektivliyini və nəticəsini izləmək üçün təyin olunur.

Bundan əlavə, şüalanma yükü olmadığından USM hamiləlik vaxtı da tətbiq edilə bilər. İstifadə olunan diapazonda ultrasəs dalğaları təkcə ana üçün deyil, həm də döl üçün də tamamilə təhlükəsizdir.

⏬Ultrasəs müayinəsinə əsas göstərişlər aşağıdakılardır:

Orqanda patoloji dəyişikliklər olduqda və ya olmadıqda diaqnostik və profilaktik baxışlar.

Hamiləlik və laktasiyanın olması.

Normal toxuma strukturlarının və yeni törəmələrinin differensial diaqnostikası, o cümlədən rentgenoloji mammoqrafiyanın nəticəsi kifayət qədər aydın olmadıqda.

Palpator təyin olunan mastopatiyanın düyünlü formasının, 10-15 % halda rast gəlinən rentgenneqativ törəmə və düyünlərin diaqnostikası.

Rentgenoloji mammoqrafiya üçün uzaq olan zonalarda yerləşən törəmələrin diaqnostikası.

Regionar limfa düyünlərinin xarakter və ölçülərinin təyini.

Kistoz xarakterli törəmələrin, onların punksiyasının və vizual nəzarət tələb edən digər invaziv prosedurlara nəzarət üçün.

Düyünlü törəmələrin qan təchzatının qiymətləndirilməsi (Doppleqrafiyalı USM).

Kişilərdə süd vəzilərinin vəziyyətinin diaqnostikası və s.

Qeyd edək ki, profilaktik məqsədilə ildə 1 dəfə USM müayinəsindən keçməlisiniz.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.