Döyüntülərin Radiofrekans Ablasiya proseduru ilə ləğv edilməsi İcbari
Döyüntülərin Radiofrekans Ablasiya proseduru ilə ləğv edilməsi İcbari Tibbi Sığorta çərçivəsində olduğundan artıq tam rahatlıqla göndəriş əsasında Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edə bilərsiniz.
Qeyd edək ki, bu xidmət tam ödənişsiz şəkildə Kardioloq-aritmoloq Dr. Günay Rəhimova və Kardioloq-aritmoloq Prof. Ata Kırılmaz
Tərəfindən həyata keçirilir.
Ürəkdə Ritm pozğunluğu zamanı müasir tibbdə həyata keçirilən Radiofrekans Ablasiya metodu barədə:
Ürək normal olaraq 1 dəqiqə ərzində 60-100 arası hesabla döyünür və bu döyüntülər adətən nisbi ritmik olur. Lakin, Ürəyin müxtəlif nahiyələrində yaranan impulslar və ya əlavə keçirici yolların olması nəticəsində Ürəkdə Ritm Pozğunluğu yaranır və heç bir əlamət büruzə vermədən ani ölümə də səbəb ola bilir. Bu xəstəliyin ilkin formada müalicəsi öncədən dərman preparatları ilə həyata keçirilir. Əgər bu zaman yenidən eyni cür döyüntülər müşahidə olunarsa, xəstəyə Müasir Tibbdə Radikal Müalicə olaraq həyata keçirilən Radiofrekans Ablasiya metodu tətbiq edilir. Xəstənin qasıq nahiyəsindən ürəyin içərisinə xüsusi kateterlər yerləşdirilir. Süni olaraq laborator şəraitdə döyüntülər xəstədə formalaşdırılır. Döyüntünün hansı nöqtədən çıxdığı aydınlaşdıırılır və ürəyə yerləşdirilən kateterin ucundan Radiofrekans dalğa verilərək həmin nöqtə ablasiya olunur, yəni yandırılır və bir daha bu cür döyüntülər müşahidə olunmur.

