Bütün qadınlara yaxşı məlumdur ki, profilaktika məqsədilə ildə heç
Bütün qadınlara yaxşı məlumdur ki, profilaktika məqsədilə ildə heç olmasa bir dəfə ginekoloqun müayinəsindən keçmək vacibdir, heç bir şikayəti olmasa belə. Təəssüf ki, buna heç də hamı əməl etmir, çünki ginekoloji müayinə o qədər də xoşagələn prosedur deyil.
Müntəzəm qaydada ginekoloqun qəbulunda olmaq böyük əhəmiyyət kəsb edir. Belə ki, bəzi xəstəliklər ağrısız, xoşagəlməz axıntısız, menstrual tsiklin pozuntusu olmadan simptomsuz gedişata malikdir və onları yalnız mütəxəssis aşkara çıxara bilər. Belə gizli xəstəliklərdən biri də uşaqlıq boynunun eroziyasıdır.
Uşaqlıq boynu eroziyası – bu zaman uşaqlıq boynunun uşaqlıq yolu hissəsində selikli qişanın tamlığının pozulması baş verir. İstənilən yaşda baş verə bilər və diqqətli müayinə, müalicə tələb edir.
⏬Uşaqlıq boynu eroziyası niyə yaranır?
Erkən cinsi həyat, yeniyetməlik dövründə hamiləlik və doğuş
Cinsi partnyorun tez-tez dəyisilməsi, çox aktiv cinsi həyat
Travmatik təsir (tibbi müdaxilələr, abortlar, ağırlaşmış doğuşlar)
Cinsi yolla keçən infeksiyalara yoluxma zamanı
Hormonal disbalans, hormonal preparatların ve kontraseptivlerin qeyri-düzgün qəbulu
İmmundefisit veziyyətlər və s
⏬Uşaqlıq boynu eroziyasının əlamətləri
Çox nadir hallarda erkən vaxtlarda hər hansı bir əlamətlə özünü biruzə verir. Əsasən qadın profilaktik ginekoloji müayinədən keçən zaman aşkarlanır.
Yalnız proses ağırlaşdıqca pasiyentlər aşağıdakı əlamətləri hiss edib şikayətlənirlər.
Xoşagəlməz qoxulu çoxlu ifrazatın olması
⏬Diaqnostika necə aparılır?
Ginekoloji müayinə
- 2. Cinsi yolla yoluxan infeksiyaların müayinəsi
Uşaqlıq boynunun sitoloji müayinəsi – onkositologiya.
5. Uşaqlıq boynunun biopsiyası –Biopsiya son nəticənin qoyulmasında əsas rol oynayır.
⏬Profilaktika
İldə 1 dəfə ginekoloq müayinəsində olmaq
Sidik-cinsiyyət sisteminin istənilən iltihabi prosesinin vaxtında müalicəsi.
İldə 1 dəfə sitoloji
