BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən…
BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il 11 oktyabr tarixi “Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Təhsil almaq,sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.
Qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir.
“Belə bir günün keçirilməsi çox yaxşı haldır. Dünyada qadınlar çətinliklərlə tez-tez üzləşir. Qadınların hüquqları pozulur. Düzdür, beynəlxalq qadınlar günü var ki, hər il qeyd edilir. Xoş sözlər, təbriklər eşidilir. Üstəlik, qızlar günü qeyd olunursa, buna ancaq sevinmək olar. Nə xoş ki, qadınlarımız, qızlarımız sevgi ilə xatırlanır. Dünyada belə bir günün təşkil olunmasına səy göstərilirsə, deməli, qızlar hər zaman qorunur. Belə bir gündə ancaq təbriklərə qoşulub “Bayramınız mübarək, qızlar” demək olar”!
Bayramınız mübarək!

