Uşaqlığın rentgen filmi kimi də adlandırılan histerosalpinqoqrafiya
(HSG)
Uşaqlığın rentgen filmi kimi də adlandırılan histerosalpinqoqrafiya uşaqlıq və uşaqlıq borularının kontrast maddə verilərək, uşaqlıq borularının açıq olub-olmamasını, eyni zamanda uşaqlığın vəziyyətini təyin etmək üçün istifadə olunan diaqnostika metodudur. Kontrast maddə xüsusi plastik boru vasitəsilə uşaqlıq daxilinə vurulur və nəticədə rentgen filmində orqanların görülməsi mümkün olur. Histerosalpinqoqrafiya sonsuzluğun diaqnostikasında istifadə olunmaqla yanaşı, müalicəvi xüsusiyyəti olduğu da bilinməkdədir. Histerosalpinqoqrafiya çəkildiyi zaman bəzən boruların içindəki yapışıqlıqlar açılır və borulardakı tıxaclar atılır. Histerosalpinqoqrafiya sonrası heç bir müalicəyə ehtiyac qalmadan hamiləliyin baş verməsi görülməkdədir.
Uşaqlığın daxili quruluşunu göstərdiyi üçün histerosalpinqoqrafiya sonsuzluqdan başqa güclü uşaqlıq qanaxmaları, aybaşı ağrıları, aybaşı pozulmalarının araşdırılması zamanı da istifadə olunur. Eyni zamanda histeroskopiya və laporoskopiya əməliyyatlarının nəticələrini dəyərləndirmək məqsədi ilə HSG çəkilməkdədir.
Film çəkilən kimi Həkim Radioloq və ya Ginekoloq tərəfindən dəyərləndirilir.