Oftalmologiya

04.03.2022Sağlamlıq məqalələri

Karpal Tunel Sindromu sinir problemidir

Karpal Tunel Sindromu sinir problemidir. Biləyin ortasında yerləşən və ilk 3 barmağa paylanan median sinirin sıxılması nəticəsində ağrı və uyuşma ilə özünü göstərir. Həmçinin yuxuda olarkən əldə ağrı, uyuşma, sanki şişkinlik hissi olur.

Travma alan, əllərini çox işlətmək məcburiyyətində olan peşə sahiblərində, xüsusilə əl biləyinin davamlı bükülü mövqedə qaldığı vəziyyətlər (gözəllik salonu işçiləri, dəmirçi, dülgər, klaviatura istifadəçiləri), şəkər xəstəliyi, revmatoid artrit, hipotireoz, artıq çəkisi olanlarda daha çox görülür.

Karpal tunel sindromu diaqnozu Elektromioqrafiya (EMQ) vasitəsilə təsdiqlənir. EMQ elektrik aktivliyi ölçərək, sinir və ya əzələdə zədələnmə olub-olmadığı göstərilir. Müayinə zamanı sinirlərin tamlığı və funksiyaları yoxlanılır. Lazım gəldikdə birdəfəlik iynələrlə əzələlərin vəziyyəti yoxlanılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə