İlk öncə anaya astma müalicəsinin dölə zərəri olmaması izah edilməlidir
İlk öncə anaya astma müalicəsinin dölə zərəri olmaması izah edilməlidir. Əksinə, müalicə edilmədiyi halda döldə daha çox fəsadlar əmələ gələ bilər. Hamilələr tənəffüs sistemini qıcıqlandıran faktorlardan, əsasən siqaret çəkilən yerlərdən uzaq durmağa çalışmalıdırlar. Adətən Həkim nəzarəti altında olan astmalılarda hamiləliyin sonlarında xəstəliyin kəskinləşməsinə nadir rast gəlinir. Mümkün olduğu qədər astmalı hamilələrdə keysəriyyə əməliyyatı olunmalıdır. Epidural və spinal anesteziya istifadə edilməlidir. Astma xəstələrinin qəbul etdiyi bütün dərmanlar süd verən analara istifadə oluna bilər və körpələr üçün zərərli deyildir.
