Oftalmologiya

01.10.2022Sağlamlıq məqalələri

Göz qapağında yaranan sallanmalar və torbalanmaları aradan qaldırmaq

Göz qapağında yaranan sallanmalar və torbalanmaları aradan qaldırmaq üçün icra edilən əməliyyat adlanır. Göz qapaqları fərqli səbəblərdən sallanar və ya torbalana bilər. Bu səbəblər yaşlanma, bəzən ailədən gələn irsi vəziyyətlər və gözlərin çox yorulması kimi sıralana bilər.

Göz qapağı əməliyyatı üst və alt göz qapağına tətbiq olunan estetik cərrahidir. Edilən bu əməliyyat ilə üst və alt göz qapaqlarında olan artıq dəri və yağ toxumaları əzələ toxuması ilə birlikdə çıxarılır. Yaxşı planlanmış olan bir göz qapağı əməliyyatı xəstəyə daha gənc bir görünüş qazandırır. Nəticələri illərcə qalıcı olan sağlam və gənc baxışlar təmin edər.

Blefaroplastika kimlər oluna bilər?

30 yaşından yuxarı, üst və alt göz qapağında sallanma, torbalaşma əmələ gəlmiş və səhhətində başqa problemi olmayan şəxslər bu əməliyyat üçün uyğundur.

Ümumiyyətlə əks göstəriş olmayan və ehtiyac duyan hər xəstə üçün uyğundur.

Yerli və sedasiya ilə aparılan əməliyyatdan sonra elə həmin gün evə buraxılırsız. 2 həftəyə şişkinlik tam çəkilir, 3 gün sonra normal həyat fəaliyyətinizə qayıda bilərsiniz.

6 aya tikişlərin izi hiss olunmayacaq vəziyyətə gəlir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.