13.12.2021Sağlamlıq məqalələri

Qaraciyərin virus infeksiyasıdır

Qaraciyərin virus infeksiyasıdır. Qaraciyəri zədələyən və yüksək dərəcədə yoluxma riski olan virusdur. Qaraciyər sirrozu və Qaraciyər xərçəngi kimi ağırlaşmalarla özünü göstərir.

Hepatit B virusu qan və cinsi yolla bir insandan digərinə yoluxur.

Ağız suyu ilə keçmə ehtimalı da var. Sadəcə, bu ehtimal nisbətən aşağıdır.

⏬ Hepatitdən qorunmaq üçün tövsiyələr

Birinci növbədə, gigiyena və sağlamlıq qaydalarına riayət etsinlər. Yaxşı sterilizə aparmayan tibbi müəssisələrdən uzaq olsunlar. Manikür, pedikür etdirərkən şəxsi alətlərindən istifadə etsinlər. Hepatit B-dən qorunmaq üçün isə ən ideal vasitə peyvənddir. Peyvənd olunmaqla, bu virusdan ömürlük qorunmaq mümkündür.

Hepatit B əksər hallarda gizli irəliləyərək qaraciyər sirrozuna səbəb olur.

Çünki hepatit B şikayətləri olan - halsızlıq, iştahsızlıq, ürəkbulanma, həzmsizlik, tərləmə, köp və s. kimi əlamətlər bir çox xəstəliklərdə olduğu üçün xəstələr özlərində hepatit olduğundan şübhə etmir və həkimə müraciət etmirlər

Özbaşına mədə dərmanları içib vəziyyəti uzadırlar

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə