Otorinolarinqologiya (LOR)

06.07.2021Sağlamlıq məqalələri

Orta qulağın xəstəliyidir

Orta qulağın xəstəliyidir. Bu, uşaqlarda ən çox təsadüf edilən xəstəliklərdən biridir.

Otit, adətən infeksiyanın burun, udlaq və burun-udlaqdan orta qulağa keçməsi nəticəsində inkişaf edir. Buna görə də həmin orqanlarda başlayan hər bir infeksiyaları vaxtında və düzgün müalicə etmək lazımdır.

Zökəm, faringit, adenoidit zamanı burun və udlağın selikli qişasındakı iltihabi prosesin asanlıqla eşitmə borusuna yayılması nəticəsində uşaq pis eşitməyə başlayır.

Bu mərhələdə müalicə vasitəsilə prosesin qarşısı alınmazsa, iltihab orta qulağa keçərək otit əmələ gəlməsinə səbəb olur. Otit zamanı qulaqda kəskin ağrı əmələ gəlir, bədən hərarəti 38C qalxır, uşaqlar pis eşitmələrindən şikayət edirlər.

Vaxtında başlanan və düzgün aparılan müalicə nəticəsində xəstəliyin əlamətləri tezliklə keçib gedir və eşitmə qabiliyyəti tam şəkildə bərpa olunur.

Otitin profilaktikası üçün burun, burun-udlaq infeksiyalarını vaxtında və düzgün müalicə etmək, vəziyyət tələb etdikdə isə, böyümüş və iltihablaşmış adenoidləri cərrahi yolla xaric etmək məsləhət görülür. Bununla yanaşı, otitin profilaktikası üçün uşağa burnunu düzgün tərzdə təmizləməyi də öyrətmək lazımdır (əvvəl bir burun yolunu, sonra digərini təmizləməklə). Tez-tez burnunu çəkməyi də uşağa qadağan edin.

Yadda saxlayın ki, qulaqda irinli proses zamanı qulaq damcısı və spirtli kompreslərdən istifadə etmək olmaz!

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə