Kompüter Tomoqrafiyası müasir diaqnostika üsullardan biri olan və bir
Kompüter Tomoqrafiyası müasir diaqnostika üsullardan biri olan və bir çox xəstəliklərin aşkara çıxarılmasında mühüm rol oynayır. Bu üsul vasitəsi ilə baş beyin, döş qəfəsi, bel-oma nahiyəsi, qarın boşluğu və çanaq orqanları, həmçinin sümüklərdə baş verən sınıqları, destruktiv dəyişiklikləri və digər sümük patologiyalarını aşkarlamaq olur.
Radiologiya Mərkəzimizdə beynəlxalq standartlara cavab verən müasir KT aparatının köməyi ilə tez bir zaman ərzində, minimum şüalanma, keyfiyyətli və aydın görüntülər əldə etməklə aşağıdakı xidmətlər 7/24 saat ərzində aparılır:
- Baş beyin KT
- Boyun KT
- Döş qəfəsi KT
- Qarın boşluğu KT
- Paranazal sinusların KT
- Gicgah sümüyünün KT
- Boyun - beyin damarlarının KT Angioqrafiyası
- Aortanın KT Angioqrafiyası
- Aşağı ətraf arteriyalarının KT Angioqrafiyası
- Renal KT Angioqrafiya
- Ağciyər damarlarının KT Angioqrafiyası
Koronar KT Angioqrafiya və s.
Müayinəyə hazırlıq
Müayinə günündə görüş saatından 4 saat əvvəl başlamaq üzrə qatı qida qəbul edilməməlidir. Bununla birlikdə qəhvə, çay, çox qatı olmayan şorbalar və meyvə suyu çox olmamaq şərtilə içilə bilər.

