İsti havada həm sağlam insanlarda, həm də daha əvvəldən ürək-damar
Yayda ürək sağlamlığımızı qorumaq üçün nə etməliyik?
Açıq rəngli, rahat və tərləməyi artırmayan geyimləri seçin;
Ağır və yağlı yeməklərdən uzaq durun;
Təzə meyvə və tərəvəzlərə üstünlük verin;
Həkim tərəfindən təyin edilən dərmanları vaxtı-vaxtında qəbul edin;
Hipertoniya əleyhinə dərmanlarınızı həkim məsləhəti ilə yenidən nizamlayın;
Arterial təzyiqinizə daim nəzarət edin;
Siqaret və alkoqoldan uzaq durun;
Günlük maye qəbulunuzu ən az 2,5-3,0 litrə qaldırın.
Günorta saat 12:00-15:00 arası açıq havada gəzməyin, çünki bu saatlar günün ən qızmar və ziyanlı vaxtıdır;
Dənizə və hovuza sabah və axşam saatlarında girin;
İdman üçün günün sabah və ya axşam saatlarını seçin;
Mütləq idmana başlamadan əvvəl və sonra su için;
Səyahətə çıxmazdan əvvəl ürəyinizi yoxlatdırın. İsti havalarda tətil ürək üçün zərərli ola bilər, buna görə də öncədən kardioloqa müraciət etmək vacibdir!
