18.10.2021Sağlamlıq məqalələri

Beyin qan dövranının kəskin pozulmasıdır

İşemik insult beyin damarlarının tıxanması və ya daralması ilə əmələ gəlir. İnsult dedikdə ürək-damar sisteminin müxtəlif xəstəlikləri fonunda və damar zədələnmələri çərçivəsində inkişaf edən beyin qan dövranının pozulması nəzərdə tutulur.

⏬işemik İnsultun Risk Amillər

Arterial hipertenziya;

Siqaret çəkmə;

Şəkərli diabet;

Ürək xəstəlikləri, xüsusən də atrial fibrillyasiya

(qulaqcıqların səyriməsi);

Yuxu arteriyalarının stenozu;

Hiperkoaqulyasiya ilə müşayiət olunan hallar;

Azhərəkətli həyat tərzi;

Alkoqolun həddən ziyadə qəbulu;

Yaş;

Genetik meyillilik və s

⏬Aşağıdakı simptomlara əsasən İşemik İnsultun baş verməsindən

Şübhələnmək lazımdır

  • Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil
  • Olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi
  • Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil
  • Olmaqla bədənin bir tərəfində hissiyyatın zəifləməsi
  • Görmənin pozulması
  • Şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması
  • Hərəkətlərin koordinasiyasının pozulması
  • Baş gicəllənməsi
  • Udma qabiliyyətinin pozulması
  • Qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət
  • Olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı
  • Qıcolma tutmaları
  • Yaddaşın qəflətən pozulması

Şüurun pozulması və s.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə