Azərbaycanın günəşlə zəngin olmasına baxmayaraq daim qəbuluna ehtiyacımız var
Azərbaycanın günəşlə zəngin olmasına baxmayaraq daim qəbuluna ehtiyacımız var. Xüsusilə uşaqlarda və hamilə qadınlarda, yaşlı insanlarda Vitamin D çatışmazlığı özünü biruzə verir. Lakin Vitamin D miqdarının təyini aparılmadan dərman preparatların qəbulunun orqanimizmizə çox ağır fəsadları ola bilər. Vitamin D qəbulu həkim məsləhəti və aparılan müayinələr əsasında olmalıdır.
Bəs D vitamini çatışmazlığının diaqnozu necə qoyulur?
D Vitamini çatışmazlığı qanda bu vitaminin səviyəsinin ölçülməsi ilə qoyulur. Daha çox optimal sayılan 25 oksihidroksi D vitamininin analizi ilə biz qanda onun hansı səviyyədə olduğunu bilirik. Təbii ki, diaqnozun qoyulması qanda Vitamin D-in təyini ilə mümkündür.
Analiz yaxşı olar ki, sabah saatlarında ac olaraq verilsin. Bu diaqnozun qoyulması və müalicəsi birbaşa Həkim-Endokrinoloq tərəfindən edilməlidir!
Müayinəni aparan Həkimlər
- Həkim Endokrinoloq – Dr. Şəhla Verdiyeva
- Daxili Xəstəliklər Uzmanı – Uzm. Dr. Amil Rəhimli