Zəhərlənmə: Həzm sistemi vasitəsilə zəhərlənmədə sadəcə, ağız zəhərli maddəylə təmasda olubsa, su ilə yaxalayın
Zəhərlənmə: Həzm sistemi vasitəsilə zəhərlənmədə sadəcə, ağız zəhərli maddəylə təmasda olubsa, su ilə yaxalayın. Zəhərli maddə ələ dəyibsə, sabunla yuyun. Təcili tibbi yardım çağırın. Tənəffüs yolu ilə zəhərlənmədə qapı və pəncərələri açın və ya xəstəni təmiz havaya çıxarın. Rahat nəfəs alması üçün yarı oturan vəziyyətdə saxlayın. Təcili tibbi yardım çağırın.
Əsla etməyin: Xüsusilə yanıcı maddə qəbul edildikdə, xəstə və ya yaralını qusdurmağa çalışmayın. Belə ki, bu zaman kimyəvi maddələr keçdiyi yollara zərər vura bilər.
